Bakı. Trend:
ABŞ-da hökm sürən anomal istilər həftə sonuna qədər 270 milyon
insanı əhatə edəcək.
Trend xəbər verir ki, çərşənbə axşamından cümə gününə kimi
ABŞ-ın Mərkəzi Qərb və Şimali-Şərq bölgələrində istiliyin ən yüksək
həddə çatacağı proqnoz edilir. ABŞ Milli Meteoroloji Xidmətinin
yaydığı məlumata əsasən, bu, son onilliklərdə ən uzun davam edəcək
anomal istilər olacaq. Bildirilib ki, 32 dərəcə və daha yüksək
rekord istilər ABŞ-ın 200-ə yaxın şəhərini əhatə edəcək.
Çikaqo əhalisi istiliyi 40 dərəcəyə qədər hiss edəcək. Şərqi
Nyu-York və Yeni İngiltərə bölgəsində istilik 41 dərəcəyə qədər
yüksələcək.





























