
Bakı. Trend:
Xəzər dənizində 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin
qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat
yayıb.
Bildirilib ki, bu gün Dövlət Sərhəd Хidmətinin Sahil
Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə
məntəqələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində
Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin
qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin
qarşısı alınıb.
Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən
aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin
mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına
başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və
sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər
görülüb.
Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub
istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində “BA-580”
bort nömrəli “Yamaha-25” mühərriklə təchiz edilmiş qayıqda Lənkəran
rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər
Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən
saxlanılıb.
Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715
qram narkotik vasitə marixuana, “Baikal” ov tüfəngi, iyirmi dörd
ədəd patron, həmçinin “Garmin” GPS cihazı, “Samsung Galaxy A5” və
“KGTEL” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





























