Bakı. Trend:
Dünya bazarlarında neftin qiyməti 85 dolları ötüb.
Trend xəbər verir ki, ICE
London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının
gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust
müqaviləsinin dəyəri 0,05% artaraq 1 barelə görə 85.37 ABŞ dolları
təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac
etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,01% azalaraq 1
barelə görə 81.56 ABŞ dolları təşkil edib.



























