Advertisement

COP29 bütün dünya üçün bir uğurdur – BMT Baş Assambleyasının 73-cü prezidenti

Bakı. Trend:

COP29-un uğuru bütün dünya üçün bir uğurdur. Xüsusən də
yaşadığımız iqlim fəlakətinin qurbanları haqqında düşünəndə bu
özünü göstərir. Çünki iqlim böhranının qurbanları hər dəqiqə
artır.

Trend xəbər verir ki, bunu bu gün BMT Baş Assambleyasının 73-cü
prezidenti Maria Fernanda Espinosa “COP29-a aparan yol – Dayanıqlı
və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı
zamanı deyib.

O qeyd edib ki, bi səylərimizi, intellektimizi ən böyük ambisiya
və ortaq məsuliyyətlə bir araya gətirməyi borcluyuq.

“Düşünürəm ki, biz hamımız COP-un uğurunda şərikik. Biz
öyrənmək, dinləmək, iqlim dəyişikliyi ilə bağlı intellektual
müzakirələri gücləndirmək üçün buradayıq. Həm də biz COP 29
uğurunun bir hissəsi olmaq istəyirik.

COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, əvvəldə qeyd
etdiyim kimi, o, təkcə tərəflərin konfransına deyil, həm də
çoxtərəfli sistemə inam, legitimlik yaradacaq”,- deyə o
bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda
COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə
fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində
mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək
üçün çoxşaxəli yanaşmanı əhatə edir.