Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
iyunun 18-də ümumi çəkisi 105 kiloqrama yaxın artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.
DİN-dən Trend-ə verilən məlumata görə, qanunsuz dövriyyədən
çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 103
kiloqrama yaxın marixuana, 217 qram metamfetamin, 709 qram tiryək,
həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 1390 ədəd çətənə kolu
olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.





























