
Bakı. Trend:
İyunun 19-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı
olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar
arabir leysan xarakterli olub.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, düşən
yağıntının miqdarı Balakəndə 46 mm, Şəkidə 24 mm, Zaqatalada 12 mm,
Ağstafada 8 mm, Ordubadda 7 mm, Qax (Sarıbaş), Ağdamda 6 mm,
Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan,
Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız, Göyçayda 5
mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 m/s,
Goranboyda 27 m/s, Ağdamda 22 m/s, Beyləqan, Bərdə, Culfada 20 m/s,
Mingəçevir, Şəmkirdə 18 m/s, Zaqatalada 17 m/s, Ceyrançöl,
Naxçıvanda 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.
Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və
Abşeron yarımadasında 38, Naxçıvan MR-da 37, Aran rayonlarında 38,
dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.





























