Advertisement

Fransa millisinin sabiq futbolçusu “Şamaxı”da

Bakı. Trend:

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını
davam etdirir.

Trend İdman.biz
istinadən xəbər verir ki, Premyer Liqaya qayıdan bölgə təmsilçisi
Brahim Konateni heyətinə qatıb.

Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate Fransa
U-20 yığmasında da oynayıb. 28 yaşlı futbolçunun son klubu isə
İsrailin “Hapoel Afula” olub.