
Bakı. Trend:
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə
mərhələsində keçiriləcək Azərbaycan – İngiltərə oyununun hakimləri
bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, martın 22-də keçiriləcək matçı Bosniya və
Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcək.
Antoni Bandiç qarşılaşmanın baş hakimi olacaq. Ona Amer Maciç və
Boris Duyjmoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo
Musa yerinə yetirəcək.
Qeyd edək ki, görüş “Azərsun Arena”da keçiriləcək.





























