Bakı. Trend:
Bakıda ofislərin birindən 2886 manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun
17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən
ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat
daxil olub.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis
Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə
şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə
əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq
saxlanılıb.
Araşdırma aparılır.





























