Advertisement

Azərbaycan Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon
ABŞ dolları investisiya yatırıb.

Trend Azərbaycan Mərkəzi
Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü
ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına
investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7 %-dən 12,1
%-ə çatıb.

Yanvar-mart aylarında Türkiyə isə Azərbaycan iqtisadiyyatına
261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ
nisbətən 10,7 % azdır.

İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya
qoyuluşunun ümumi investisiyalarda payı 19,3 %-dan 17,3 %-a
düşüb.