
Bakı. Trend:
Azərbaycanın COP29-un ev sahibi olaraq səhiyyəni iqlim
siyasətinin vacib hissəsi kimi irəli çəkmək və investisiya
gündəliyini təşviq etmək imkanı var və biz Azərbaycanın bu tədbirə
ev sahibliyi etməsindən məmnunuq.
Bunu Trend-ə “Malyariya son” təşkilatının baş direktoru Martin
Edlund deyib.
O qeyd edib ki, keçən il COP28 sağlamlıq mövzusunun rəsmi olaraq
daxil edildiyi ilk COP oldu.
“Bu il COP29-da Azərbaycanın nəinki yüksək səviyyəli siyasi
öhdəliklər haqqında danışmaq, həm də bu öhdəlikləri insanların
sağlamlığını qoruya biləcək və insanları iqlimlə əlaqəli sağlamlıq
böhranından xilas edə biləcək faktiki maliyyə öhdəliklərinə
çevirmək üçün böyük bir liderlik fürsəti var”, – deyə o əlavə
edib.


























