Bakı. Trend:
Estoniya öz qoşunlarının Ukraynaya göndərilməsi məsələsini
müzakirə etməyə hazırdır.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Estoniyanın Kiyevdəki səfiri
Anneli Kolk deyib.
Onun sözlərinə görə, Ukraynaya hərbçilərin göndərilməsi Estoniya
üçün qırmızı xətt deyil.
“Biz NATO və ya Avropa İttifaqından ümumi mövqe gözləyirik və
bizim liderlərimiz, xüsusilə də Müdafiə Nazirliyini nəzərdə
tuturam, bunu müzakirə edirlər və bu yaxınlarda dedilər ki, bizim
üçün qeyri-mümkün heç nə yoxdur”, – Kolk qeyd edib.





























