Advertisement

AVRO-2024: Xorvatiya Albaniya ilə heç-heçə edib

Bakı. Trend:

Bu gün AVRO-2024-də qrup mərhələsinin II turuna start
verilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, günün ilk matçı Hamburqda baş tutub.

B qrupunun oyununda ilk turun uğursuzları üz-üzə gəlib.
Çempionata məğlubiyyətlə başlayan Xorvatiya və Albaniyanın
görüşündə qapılara 4 qol vurulub. Albanlar hesabı erkən açsalar da,
xorvatiyalılar 3 dəqiqəyə 2 dəfə fərqləniblər. Amma əsas vaxta
əlavə olunmuş dəqiqələrdə Albaniya millisi məğlubiyyətdən qaça
bilib. Avtoqola imza ataraq, komandasını pis vəziyyətdə qoyan
Qyasula bu dəfə rəqibin qapısını dəqiq nişan alıb – 2:2.

Qeyd edək ki, turun sabah keçiriləcək digər matçında İspaniya və
İtaliya üz-üzə gələcək.