Bakı. Trend:
Avropa İttifaqı iki həftə ərzində Ukraynadan Aİ Şurasının mayın
25-də dayandırdığı toyuq yumurtası idxalı kvotalarını və
rüsumlarını bərpa edəcək.
Trend-in
məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa
Komissiyasının nümayəndəsi Olof Gil məlumat verib.
“Avropa Komissiyası yaxın iki həftə ərzində Ukraynadan yumurtaya
qoyulan kvotaların dayandırılması qərarını ləğv edəcək” – deyə
O.Gil bildirib.





























