Advertisement

Azərbaycanlı ekspertlər “C-130” təyyarəsinin qiymətləndirilməsində iştirak ediblər

Bakı. Trend:

İyunun 9-dan 13-dək “Ramşteyn”dəki hərbi bazasınakı Müttəfiq
Hərbi Hava Komandanlığı, Neapol Birgə Qüvvələr Komandanlığı, NATO
və Azərbaycanın ekspertləri Alyansın əməliyyatları çərçivəsində
“C-130” hava nəqliyyatı bölməsinin uyğunluq səviyyəsinin
qiymətləndirilməsində Qətər qüvvələrinə köməklik göstəriblər.

Trend-in məlumatına görə, bu barədə NATO-nun Birgə Hava
Komandanlığı məlumat yayıb.

Məlumata əsasən, bölmənin iki “C-130 Hercules” nəqliyyat
təyyarəsi İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) çərçivəsində Alyansın
missiyalarını potensial olaraq dəstəkləmək üçün 2022-ci ildə NATO
qüvvələri fonduna əlavə edilib.

Qeyd olunub ki, ICI tərəfdaşlıq strukturudur və məqsədi daha
geniş Yaxın Şərq regionunda NATO üzvü olmayan ölkələrə Alyansla
əməkdaşlıq etmək imkanı təklif etməklə uzunmüddətli qlobal və
regional təhlükəsizliyi təşviq etməkdir.

Qiymətləndirmə qrupunun tərkibinə Qətərdən olan 15 ekspert və 15
NATO eksperti və üç azərbaycanlı ekspert daxildir.