Advertisement

Yunanıstanın bir sıra bölgələrində meşə yanğınları başlayıb

Bakı. Trend:

Yunanıstanın bir sıra bölgələrində baş verən meşə yanğınları
səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində
qalıb.

Trend-in məlumatına görə, bu barədə “EFE” agentliyi xəbər
verib.

Məlumata əsasən, hazırda ölkədə 60-dan çox meşə yanğını var və
onların əksəriyyəti nəzarət altındadır.

Afina yaxınlığında çətin vəziyyət yaranıb, burada 150-dən çox
yanğınsöndürən 45 ədəd yerüstü xüsusi texnikanın, həmçinin
yanğınsöndürmə təyyarələrinin dəstəyi ilə yanğınla mübarizə
aparır.

“İrəliləyiş müşahidə olunsa da, vəziyyət çətin olaraq qalır”, –
deyə yanğınsöndürmə xidmətindən bildiriblər.