Advertisement

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq
etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, saxlanılan şəxs
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla
şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15
nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi
vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan
tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə
ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə
müraciət edə bilərlər.