Advertisement

İsveçrəli futbolçu Cerdan Şakiri ardıcıl 6-cı böyük turnirdə fərqlənə bilib

Bakı. Trend:

İsveçrəli futbolçu Cerdan Şakiri unikal göstəriciyə imza
atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, ardıcıl 6-cı
böyük turnirdə fərqlənən ilk futbolçu olub.

AVRO-2024-ün 2-ci turunda Şakiri İsveçrə yığmasının heyətində
Şotlandiyanın qapısına yol tapıb. Bu onun böyük turnirlərdə 10-cu
qolu olub. Cerdan iştirak etdiyi dalbadal 6-cı dəfə iştirak etdiyi
dünya və Avropa çempionatlarında fərqlənən ilk futbolçu kimi tarixə
düşüb (DÇ-2014, AVRO-2016, DÇ-2018, AVRO-2020, DÇ-2022 və
AVRO-2024).

Qeyd edək ki, İsveçrə millisi 2 oyunda 4 xal toplayıb. Komanda
son turda Almaniya ilə qarşılaşacaq.