Bakı. Trend:
Bu gün Bakının Sabunçu rayonunun bəzi qəsəbə və yaşayış
massivlərinin bir hissəsinin qaz təchizatında yaranacaq.
Bu barədə Trend-ə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən
məlumat verilib.
Bildirilib ki, “Maştağa” qaz paylayıcı stansiyasında (QPS)
“Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəməri üzərində
quraşdırılmış siyirtmənin təmiri və yerinin dəyişdirilməsi işləri
ilə əlaqədar iyunun 20-də saat 10:00-dan “Maştağa-Nardaran” əhali
orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonunun
Maştağa qəsəbəsinin Xanlar küçəsinin, Bilgəh Albalılıq və Maştağa
Albalılıq yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında
fasilə yaranacaq.





























