
Bakı. Trend:
2024-cü ilin may ayı ərzində 3,2 mindən çox şəxsə proaktiv
qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya
təyinatı aparılıb.
Bu barədə Trend-ə Dövlət
Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, onların 57,1%-ni kişilər, 42,9%-ni isə qadınlar
təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 23,3
min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə
başçısını itirməyə görə pensiya təyinatları aparılıb.
Onların 61%-ni kişilər, 39%-ni isə qadınlar təşkil edib.





























