Bakı. Trend:
Covid-19 virusu Azərbaycan səhiyyə sistemi qarşısında ciddi
çağırışlar qoyurdu.
Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Nadir
Zeynalov Bakıda hər il COP-dan öncə keçirilən “Sağlam Gələcəklərin
Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zaman deyib.
O qeyd edib ki qısa müddət ərzində Azərbaycan çevik tədbirlər
həyata keçirdi, bir çox xəstəxanalar covid xəstələrini müalicə edən
xəstəxanalara çevrildi, modul tipli xəstəxanalar yaradıldı.
Nazir müavini vurğulayıb ki, Azərbaycan covid xəstəliyi ilə ölkə
daxilində effektiv mübarizə aparmaqla yanaşı bu istiqamətdə
beynəlxalq yardımlar etdi.
Nazir müavini həmçinin çıxışında Azərbaycanın səhiyyə sisteminin
inkişafından danışıb. O bildirib ki, Ulu öndər Heydər Əliyev
hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu
kimi səhiyyə sahəsində də inkişafa nail olundu.
N.Zeynalov həmçinin çıxışında iqlim dəyişikliyinin insan
sağlamlığına, eyni zamanda bütün canlılara mənfi təsirindən
danışıb.





























