Bakı. Trend:
May ayında qlobal vəba xəstəliyinə yoluxma nisbəti 58%
artıb.
Trend xəbər verir ki, bu
barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, may ayında 19 ölkədən 46 424 vəbaya yoluxma faktı
qeydə alınıb. Aprel ayı ilə müqayisədə may ayında xəstəliyə 58%
daha çox yoluxma halı aşkar edilib.
Qeyd edilir ki, Şərqi Aralıq dənizində xüsusilə yüksək yoluxma
halı müşahidə olunub. Əfqanıstan və Pakistanda 13 mindən çox yeni
hadisə qeydə alınıb. 2023-cü ilin yanvarında ÜST qlobal vəba
vəziyyətini “üçüncü dərəcəli fövqəladə vəziyyət” kimi təsvir
edib.





























