Advertisement

Avropa İttifaqının komissarı Azərbaycandadır – Trend.Az

Bakı. Trend:

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke
Hoekstra Azərbaycanda səfərdədir.

Trend xəbər verir ki, bu
barədə Aİ komissarı “X” sosial şəbəkə hesabında bildirib.

“Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti ilə COP29
prioritetlərini və iqlim ambisiyalarını müzakirə etmək üçün tam gün
Bakıdayam. Biz BƏƏ-də əldə olunan konsensusun bütün qlobal enerji
keçidi hədəflərini həyata keçirməli və bunu iddialı iqlim maliyyəsi
vasitəsilə dəstəkləməliyik”, – Aİ rəsmisi qeyd edib.