Advertisement

Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var – Səhiyyə Nazirliyinin rəsmisi

Bakı. Trend:

Bu gün Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti
şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun
müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah
hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı
deyib.

Nazirlik rəsmisi bildirib ki, ixtioz xəstəliyi ilə bağlı
narahatedici rəqəmlər var:

“Hətta bunun statistikasını da aparmışıq. Ölkədə 700-ə yaxın
ixtioz xəstəsi var. Bununla bağlı dövlət proqramı qəbul olunub. Biz
onları dərman və sarğı materialları ilə də təmin edirik”, – deyə o
əlavə edib.