Advertisement

İstixana qazlarının çoxunu istehsal edən daha məsul tərəflər var – Elnur Soltanov

Bakı. Trend:

İstixana qazlarının çoxunu istehsal edən daha məsul tərəflər
var. İronik odur ki, iqtisadi modellərlə inkişaf edən, bu qədər
istixana qazı yaradan ölkələr inkişaf etməklə, həm də istixana
qazlarının azalmasının qarşısını almaq üçün vasitələr əldə
etdilər.

Trend xəbər verir ki, bu barədə energetika nazirinin müavini
Elnur Soltanov “COP29-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək”
adlı 29-cu Ali Səviyyəli Toplantıda “İqlim dəyişikliyinə
maliyyələşdirmə cavabımız” adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, bir paradoksdur. Hələ də inkişaf edən
ölkələrin mövcud olan istixana qazlarından istifadə etmək imkanları
yoxdur.

“Hər bir ölkə öz milli maraqlarını rəhbər tutan mövqe tutur.
Vəziyyət əslində bir növ faciəlidir. Həlli bazar prosesidir. Bazar
prosesini gətirməyincə, iqlim böhranının həlli yoxdur”, – deyə o
bildirib. Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi
Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin
birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində
mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək
üçün çoxşaxəli yanaşmanı əhatə edir.