Bakı. Trend:
Serbiya millisi AVRO-2024-də çıxışını dayandıra bilər.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Serbiya Futbol İttifaqının baş
katibi Yovan Şurbatoviç açıqlayıb.
O bildirib ki, əgər UEFA Albaniya – Xorvatiya oyununda baş
verənlərlə bağlı sərt sanksiyalar tətbiq etməsə, komandası turniri
yarımçıq tərk edəcək:
“Baş verənlər qalmaqaldır. Serbiya Futbol İttifaqı UEFA-dan ən
sərt sanksiyaların tətbiqini tələb edəcək. Əks halda isə biz Avropa
çempionatında çıxışımızı dayandıracağıq. Biz bunun bir daha
təkrarlanmasını istəmirik”.
Qeyd edək ki, Albaniya – Xorvatiya oyununda hər iki komandanın
azarkeşləri “Serbi öldür” şüarını səsləndiriblər.





























