Advertisement

Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq elan olunub

Bakı. Trend:

İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli
hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq
edilib.

Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin
rəsmisi Gülnarə Abbasova bildirib ki, sarı xəbərdarlığa uyğun
olaraq Bakıda və Abşeron yarımadasında, Şamaxı, Siyəzən, Altıağac,
Xızı, Şabran, Xaçmaz, Salyan, İmişli, Sabirabad, Ordubad, Culfa,
Neftçala, Hacıqabul, Şirvan, Saatlı, Şəki, Balakən, Qax, Oğuz,
Zaqatala, Tovuz, Samux, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən
rayonlarında qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.

“Narıncı xəbərdarlığa uyğun olaraq Tərtər, Bərdə, Ağdam, Ağdərə,
Göyçay, Yevlax, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan,
Göygöl, Gəncə, Mingəçevir, Qobustan rayonlarında isə küləyin sürəti
20.8-28.4 m/s təşkil edəcək. Lakin Ağdaş və Ucar rayonlarında
küləyin sürətinin qısa müddətə güclənəcəyi və qırmızı xəbərdarlığa
uyğun olaraq 30 m/s-yə çatacağı ehtimal olunur”.