Advertisement

Kərim Vəliyev Serbiyada “Yugoimport SDPR” şirkətində, döyüş sistemləri zavodunda olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini –
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim
Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi
nümayəndə heyəti ilə birgə “Yugoimport SDPR” şirkətini ziyarət
edib.

Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra
döyüş sistemləri zavoduna gəlib.

Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət
istiqamətləri barədə ətraflı məlumat verilib.

Daha sonra “Rastko Nemanyiç” hərbi şəhərciyi və xüsusi
əməliyyatlar briqadası ziyarət olunub.

Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və
texnika nümunələri təqdim edilib.

General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra
edilən fəaliyyətləri izləyib.