Advertisement

Rayonlarda külək güclənib – Trend.Az

Bakı. Trend:

İyunun 20-si saat 20:00-a olan məlumata əsasən, sarı və narıncı
xəbərdarlığa uyğun olaraq ölkənin qərb rayonlarında hazırda güclü
külək əsir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz,
Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21
m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə,
Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil
edir.