Advertisement

Külək Yevlaxda fəsadlar törədib (FOTO)

Bakı. Trend:

Axşam saatlarında başlayan güclü külək Yevlax rayonunda fəsadlar
törədib.

Trend-in yerli bürosunun xəbərinə görə, rayonun bir sıra yaşayış
məntəqələrində ağacların aşması nəticəsində sakinlərə məxsus fərdi
yaşayış evlərinin dam örtüklərinə və elektrik xətlərinə ziyan
dəyib, Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyü
uçub.

Elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin qarşısının
alınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən rayonun
bütün yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilə
təchizatı dayandırılıb. Hazırda dəyən ziyanın miqdarının müəyyən
olunması üçün Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Fövqəladə
Hallar Komissiyası tərəfindən ərazilərə baxış keçirilir.