
Bakı. Trend:
Kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlikdən sonra 88
yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə onun oğlu Kifer Sazerlend
bildirib.
50 ildən çox davam edən kino karyerası ərzində Donald Sazerlend
140 film və serialda çəkilib. O, Emmi (1995) və Qızıl Qlobus (1996;
2003) mükafatlarının və fəxri Oskar laureatıdır.





























