Advertisement

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib

Bakı. Trend:

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv
edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən digər dövlət qurumları ilə birgə “Xaş-xaş 2024” planına
uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Davudlu kəndinin
ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona
yaxın 3 895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.