Bakı. Trend:
Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Koreya Respublikasının
Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Trend bu barədə rus
KİV-lərinə istinadən xəbər verir.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Rusiya ilə Şimali Koreya
arasında “Hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş”in
imzalanması ilə bağlı etirazını bildirib.





























