Advertisement

Yığmamızın futbolçusu Rusiya klubuna transfer olunub

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova karyerasını
Rusiyada davam etdirəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi “Krılya Sovetov”a
transfer olunub.

O, mövsümün sonuna kimi bu komandanın formasını geyinəcək.

“Krılya Sovetov” 11 turdan sonra 5 xalla Rusiya çempionatında
11-ci yerdə qərarlaşıb. Samara təmsilçisi rəqiblərindən 2 oyun az
keçirib.

Qeyd edək ki, Əhmədova ötən mövsüm PAOK-un heyətində Yunanıstan
çempionu olub.