Bakı. Trend:
Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması
ilə bağlı bəyanat yayıb.
Trend bu barədə erməni
KİV-lərinə istinadən xəbər verir.
Bəyanatda deyilir ki, “müxtəlif beynəlxalq platformalarda
Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli
həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin “iki
dövlət” prinsipini dəstəkləyib”.
“Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında,
yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar
olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq
platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və
hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin
münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik”, –
məlumatda qeyd olunub.





























