
Bakı. Trend:
20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən
respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə
əlaqədar Azercell abunəçilərinin telekommunikasiya xidmətlərindən
istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması
mümkündür.
Hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə
xidmətlərinin tam bərpası üçün şirkətimiz gücləndirilmiş iş
rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür.
Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, ən qısa
zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı
təmin ediləcəkdir.





























