Advertisement

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub

Bakı. Trend:

Rusiya Qəhrəmanı, admiral Aleksandr Moiseyev ölkənin Hərbi Dəniz
Donanmasına baş komandanı vəzifəsini müvəqqəti icra edən şəxs təyin
olunub.

Trend bu
barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Admiral yeni vəzifədə ilk dəfə rəsmi olaraq Kronştadtda Hərbi
Dəniz Donanmasının sualtı qayıqlarının heyətinə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiya Hərbi Dəniz Donanmasına baş
komandanı vəzifəsini admiral Nikolay Yevmenov icra edib. Admiral
Moiseyev 2019-cu ildən Şimal Donanmasının, ondan əvvəl isə Qara
dəniz donanmasının komandanı olub, Rusiya Federasiyası Baş Qərargah
rəisinin müavini vəzifəsində çalışıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun