Advertisement

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – Elektron sistemə keçilir

Bak. Trend:

Azərbaycanda şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar
Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif edilən
dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən,
şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət
İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət
İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin
təqdim edilməsinə bərabər tutulur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.