Azərbaycan dövlətinin uzun illər ərzində davamlı şəkildə
yürütdüyü siyasi, diplomatik və hərbi strategiyanın nəticəsində
ölkə ərazilərində mövcudluğunu bir neçə onillik davam etdirmiş
erməni separatizmi məhv edilərək tarixin arxivinə göndərilib.
Beynəlxalq hüququn yaratdığı şərait və bütün dünya ölkələrinin
birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması Cənubi
Qafqazda artıq yeni geosiyası reallıqların yaranması ilə
nəticələnib. Lakin ortaya çıxan yeni siyasi nizamı qəbul etməyən
bəzi xarici qüvvələr, onların Ermənistandakı (revanşist)
nümayəndələri və keçmiş separatçı quruma yaxın olan şəxslərin əli
ilə qondarma Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsi
müşahidə olunur.
Trend xəbər verir ki, cari ilin 17
yanvar tarixində qondarma Qarabağ Respublikasının keçmiş
“ombudsmanı” Artak Beqlaryanın rəhbərliyi altında
“Artsax Xalqının Maraq və Hüquqlarını Müdafiə
Birliyi” (The Union for Protection of the Interests and Rights
of the Artsakh People) adlanan qeyri-hökumət
təşkilatının yaradıldığı elan edilib. Təşkilatın yaranma missiyası
Ermənistanda və bütün dünyada “köçkün” olaraq yaşamağa davam edən
qarabağ ermənilərinin kollektiv hüquqlarını müdafiə etmək, onların
maraqlarını beynəlxalq platformalarda təmsil etmək, dünyanın
diqqətini Qarabağ ermənilərinin məsələlərinə cəlb etmək olaraq qeyd
edilir. Bugünədək təşkilatın rəhbər şəxsləri tərəfindən bəzi
ölkələrə səfərlər təşkil edilərək erməni diaspor nümayəndələri və
ermənipərəst siyasətçilərlə görüşlər gerçəkləşdirilib. Belə ki,
cari ilin fevral ayının 1-də ABŞ-da yerləşən Amerika Erməni Milli
Komitəsinin (Armenian National Committee of America) təşkilatçılığı
ilə gerçəkləşdirilən toplantıda separatçı nümayəndələr ilə ABŞ
Konqresmenləri Bred Şerman və Ceyms Kostanın görüşü təşkil
edilib.
Şəkil 1. ABŞ Konqresmeni Bred Şermanın iştirakı ilə
keçirilmiş görüş

Eyni zamanda analoji fəaliyyətin Fransa erməni diaspor
təşkilatlarının dəstəyi ilə də davam etdirildiyini görə bilərik.
Bir neçə ay öncə “Artsax Xalqının Maraq və
Hüquqlarını Müdafiə Birliyi”-nin rəhbəri olaraq fəaliyyətə
başlayan Artak Beqlaryanın Fransanın paytaxtı Paris şəhərinə səfəri
təşkil edilib.
Şəkil 2. Artak Beqlaryanın Paris meri Anne Hidalqo
tərəfindən mükafatlandırılması, 24 Aprel 2024-cü il, Paris
şəhəri

Təşkilat fəaliyyətini vətəndaşlar tərəfindən ediləcək ianələr
vasitəsi ilə gerçəkləşdirəcəyini elan edib. Birsözlə
“Artsax Xalqının Maraq və Hüquqlarını Müdafiə
Birliyi” adı altında davam etdirilən fəaliyyət separatçı
mahiyyət daşıyır və məqsədləri geniş ictimaiyətə açıqdır.
Lakin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə qarşı
qəsd məqsədi daşıyan bu separatçı fəaliyyətə, daha doğrusu onun
maliyyələşməsinə dəstək göstərən xarici bankların fəaliyyəti
anlaşılan deyil. Təşkilatın maliyyələşməsində iştirak edən banklar
haqda məlumat aşağıdakı kimi qeyd olunur:




İanələrin edilməsi bank köçürmələri və kredit kartları ilə
mümkündür və bu proses zamanı əsas hesab Ermənistan mənşəli
AMERIABANK-a məxsus olsa da, dollarla ediləcək köçürmələr (USD)
üzrə vasitəçi bankın (intermediary bank) CITIBANK NA, NEW
YORK, avro (EUR) üzrə RAIFFEISEN ZENTRALBANK
OESTERREICH AG, rubl (RUB) üzrə isə AO RAIFFEISEN
BANK, MOSCOW olduğu məlum olur.
Artıq bir müddətdir ki, yuxarıda adıçəkilən CITIBANK
NA və RAIFFEISEN BANK kimi qlobal maliyyə
korporasiyaları separatçı fəaliyyətin maliyyələşməsində vasitəçi
banklar olaraq iştirak edir.
Qarabağ Əhalisinin Hüquq və Maraqlarının Qorunması İttifaqı adı
altında separatçı fəaliyyətə başlayan təşkilatın maliyyələşməsində
Ermənistanın “AMERIABANK” adlı bankı aparıcı rol
oynayır. Əsas səhmləri uzun müddət Rusiya Federasiyasında yaşamış
erməni milyarder Ruben Vardanyana məxsus olan
Ameriabankın bu ilin əvvəlində hissələrində dəyişiklik baş
verib.
Şəkil 3. AMERIABANK-ın hazırkı səhmdarları

Hazırda səhmlərin 90%-i Bank of Georgia-ya
məxsusdur və Bank of Georgia JSC Bank of Georgia Group PLC-nin
törəmə müəssisəsidir. Bank of Georgia hazırda qonşu Gürcüstan
Respublikasının maliyyə bazarlarında aparıcı oyunçudur.
AMERIABANK uzun müddətdir ki, separatçı
fəaliyyətlərin təşkil edilməsində fəal rol oynayırdı lakin
Bank of Georgia tərəfindən adıçəkilən bankın
səhmlərinin demək olar ki, tam şəkildə alınmasından sonra da
analoji fəaliyyətin davam etməsi Rəsmi Bakıya qarşı atılan
addımdır.
Məhv edilən erməni separatizminin bu dəfə
“Artsax Xalqının Maraq və Hüquqlarını Müdafiə
Birliyi” adı altında yeni formada ortaya çıxması və
Gürcüstan Respublikasının aparıcı bankı hesab edilən Bank
of Georgia-nın əsas səhmdarı olduğu
AMERIABANK-ın bu fəaliyyətdə iştirakı
Azərbaycan-Gürcüstan strateji əlaqələrinin ruhuna və mehriban
qonşuluq münasibətlərinə uyğun deyil. Azərbaycan və Gürcüstan
dövlətləri uzun müddət ərzində separatizmdən əziyyət çəkib və
müxtəlif platformalarda hər iki ölkə bir-birinin ərazi bütövlüyünə
dəstəyini ən ali səviyyədə bildirib. Rəsmi Bakı erməni
separatizmini ortadan qaldırmağa müvəffəq olsa da, Gürcüstanın
qondarma Abxaziya və Cənubi Osetiya ilə bağlı problemləri hələ də
həllini tapmayıb. Yeri gəlmişkən 1990-cı illərdə Abxaziyada baş
qaldıran separatçı fəaliyyətdə Baqramyan Batalyonu
adlı ermənilərdən təşkil edilən silahlı qruplaşma da fəal iştirak
edib və yerli əhalinin amansızcasına qətliamında birbaşa məsuliyyət
daşıyır. Şübhəsiz ki, bu barədə Gürcüstan dövləti və ictimaiyyəti
kifayət qədər məlumatlıdır.
Şəkil 4. Abxaziyada ermənilərdən təşkil edilmiş və
separatçı fəaliyyətlə məşğul olmuş Baqramyan Batalyonu

Şəkil 5. Erməni Baqramyan Batalyonu qondarma Abxaziya
Silahlı Qüvvələrinin tərkibinə daxil edilir, 9 fevral 1993-cü
il

Azərbaycanın suveren ərazilərinə iddia edən separatçı
fəaliyyətin maliyyələşdirilməsində Bank of Georgia
– ya məxsus AMERIABANK bankın iştirak etməsi
beynəlxalq cinayətdir.
Hələ də separatizmdən əziyyət çəkən və 1990-cı illərdə erməni
quldur dəstələrinin Abxaziya ərazisində yerli əhaliyə qarşı
vəhşiliklər etdiyi Gürcüstanda ölkənin aparıcı bankı erməni
separatizminə dəstək olmalı deyil. AMERIABANK-ın
əsas səhmdarına çevrilən Bank of Georgia
Azərbaycanın Qarabağ ərazilərində uzun müddət kök salmış separatçı
fəaliyyətə yeni nəfəs verilməsi ilə bağlı yürüdülən siyasi layihəyə
dəstək verərək Azərbaycan-Gürcüstan əlaqələrini və ölkəsinin
üzləşdiyi problemləri görməzdən gələ bilməz.
Mövzu diqqətdə saxlanılacaq
Ardı var…





























