Bakı. Trend:
Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə
görə cəzalar müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə
təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs
barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat
məbləğində cərimə edilir.
Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cərimə
edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs
tətbiq olunur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.





























