Bakı. Trend:
İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat
qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın
öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında
yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər
yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs
qismində tutulub.





























