Bakı. Trend:
Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin
“nümayəndəliyinə” daxil olublar.
Trend xəbər verir ki, bununla bağlı erməni KİV məlumat
yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin
xüsusi bölməsinin əməkdaşları “nümayəndəliyin” qapılarını
sındıraraq içəri daxil olublar.
Onlar Qarabağ separatçılarının sonuncu başçısı Samvel
Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər.
Xatırladaq ki, ötən il antitteror tədbirlərindən sonra
separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ
bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun
“prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik
Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də
“parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan,
David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs
edərək Bakıya gətirib.





























