Advertisement

Fransada deputatlığa namizəd hücuma məruz qalıb

Bakı. Trend:

Sorğularda Fransa parlamentinə erkən seçkidə qalib gələcəyini
təxmin edildiyi sağçı Milli Ralli partiyasından (RN) deputatlığa
namizəd hücuma məruz qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, seçkinin birinci
turuna 10 gün qalmış RN-dən deputatlığa namizəd 68 yaşlı Erve Breyə
Sent-Etyen kommunasında təşviqat aparan zaman hücum olunub.

Bildirilir ki, qara geyimli və maskalı dörd nəfərdən ibarət
dəstə ona yaxınlaşıb. Onlar namizədi və digər RN üzvlərini
hədələyib, sonra onları itələməyə başlayıblar. Kardiostimulyatoru
olan Brey insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Polisə şikayət edilib, məsələ ilə bağlı araşdırma
başlanılıb.