Advertisement

Aİ-nin Ermənistandakı missiyasının tərkibinə Türkiyədən müşahidəçi daxil ola bilər? – Ermənistan XİN-dən AÇIQLAMA

Bakı. Trend:

Ermənistanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ)
ölkədəki missiyasının tərkibinə Türkiyədən müşahidəçinin daxil olma
ehtimalına münasibət bildirib.

Trend bu
barədə erməni KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, bununla bağlı sualı “Hayastan” blokundan deputat
Qeqam Manukyan Ermənistan parlamentində səsləndirib.

Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan
isə cavab olaraq bu barədə razılaşmanın siyasi dialoq zamanı əldə
olunacağını bildirib.

“Missiyanın əməkdaşlarının sayı da siyasi dialoq zamanı
razılaşdırılır”, – deyə nazir müavini qeyd edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun