
Bakı. Trend:
“Liderlik Akademiyası” konsepti çərçivəsində “Baker Hughes”
Universiteti tərəfindən SOCAR-ın korporativ dəyərləri əsasında
hazırlanan mövcud və potensial liderlərin inkişaf etdirilməsi üzrə
praktiki təlim proqramlarına start verilib.
Təlimin birinci hissəsi davranış səriştələri və təlimlərin
idarəolunması üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik Ashley
Thompson və Rossano Gagliardi tərəfindən 11 mart – 14 mart 2024-cü
il tarixlərində keçirilib.
Liderlərin inkişafı təlimlərinə SOCAR Qrupdan apstrim, midstrim
və daunstrim istiqamətləri üzrə ümumilikdə 40 nəfər əməkdaş cəlb
edilib. İştirakçılar “Etimad mədəniyyətinin yaradılması və
qurulması”, “Dayanıqlı Liderlik”, “Liderlik və effektiv komanda
idarəçiliyi”, “Rəqabət mühitində ünsiyyət üslubları”, “Təqdimat
bacarıqları” və digər modullar üzrə təlimdə iştirak ediblər.
Qeyd edək ki, sözügedən təlimlərin ikinci hissəsinin aprel
ayında təşkil edilməsi nəzərdə tutulub.





























