Advertisement

Əfsanəvi futbolçunun evinə basqın edildi

Bakı. Trend:

İtaliyalı əfsanəvi futbolçu Roberto Baccionun evinə basqın
olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, hadisə veteran futbolçunun ailəsi ilə
birlikdə AVRO-2024-ün İtaliya – İspaniya (0:1) matçını izlədiyi
zaman baş verib.

Oğrulardan biri müqavimət göstərən Baccioya silahın lüləsi ilə
zərbə endirib və ciddi xəsarət yetirib. Daha sonra 1993-cü ildə
“Qızıl top”u qazanmış keçmiş futbolçunu və ailəsini dolaba bağlayan
naməlum şəxslər evi qarət ediblər.

Bildirilib ki, qızıl-zinət əşyaları, saatlar və pul
götürüblər.

Bir neçə saat sonra Baccio dolabdan açılıb və dərhal polisə
müraciət edib. Xəstəxanaya aparılan 57 yaşlı veteran futbolçunun
başına bir neçə tikiş qoyulub.