Bakı. Trend:
Ağdaşda azyaşlı su kanalında batıb.
Trend xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyindən
(FHN) məlumat verilib.
Bildirilib ki, Ağdaş şəhərində bir nəfər azyaşlı su kanalında
batıb.
FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən
kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar
oğlunun cəsədi sudan tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.





























