
Bakı. Trend:
NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 24-də Fransaya səfər
edəcək.
Trend xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının
mətbuat xidməti məlumat yayıb.
“İyunun 24-də NATO-nun Baş katibi Fransaya səfər edəcək və
Parisdə prezident Makronla görüşəcək”, – alyans qeyd edib.





























