Bakı. Trend:
“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti
açıqlayıb.
Serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları
üçün çalışacaq. Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber
Tsxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə
çalışdırıcısı funksiyasını yerinə yetirəcək. Yevtiç 2018-ci ilin
iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb.
Qeyd edək ki, əvvəllər də Tsxadadze ilə birlikdə çalışmış
mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki
“Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi”
klublarında, həmçinin, Gürcüstan milli komandasında fəaliyyət
göstərib.





























