Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Katex kəndində
yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici
köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İveco”
markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili
toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə
qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

























